Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib
Astanada səfərdə olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyində bu ölkənin turizm şirkətlərinin nümayəndələri ilə görüş keçirib.
"Report"un məlumatına görə, görüşdə Azərbaycanın turizm, o cümlədən sağlamlıq turizmi sahəsində imkanları barədə ətraflı məlumat verilib.
Qazaxıstanın turizm şirkətlərinin nümayəndələrinə həmçinin AHİK-in sağlamlıq mərkəzləri, burada müalicə və istirahət üçün yaradılmış əlverişli şərait, müasir tibbi avadanlıqlar, tibbi xidmətlər və təbii müalicə üsulları haqqında təqdimat keçirilib.
İştirakçılar AHİK-in "Kurort" Turizm İnformasiya Mərkəzi, yollayışların elektron təqdimatı və "e-ahik" Elektron Rezervasiya platforması barədə də məlumatlandırılıb.
Bununla yanaşı, görüşdə Azərbaycanın turizm, eləcə də sağlamlıq turizmi potensialını və AHİK-in sağlamlıq mərkəzlərinin fəaliyyətini əks etdirən videomateriallar nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.
Görüş zamanı ölkəmizin turizm imkanlarının Qazaxıstanda daha geniş tanıdılması, turizm şirkətləri ilə əlaqələrin inkişaf etdirilməsi və bu sahədə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hamilə qadınların ABŞ-yə girişi məhdudlaşdırıla bilər
-
İstanbulda təhlükəsizlik qüvvələri ilə İŞİD terrorçusu arasında atışma olub, ölən və yaralanan var
-
Metsamor AES təmirdən sonra işini bərpa edib
-
Vens ABŞ-nin İrana təzyiq üçün gizli təxribat əməliyyatları keçirməsini mümkün sayıb - ƏLAVƏ EDİLİB
-
Röya Ayxan və Kazım Candan "Dosta" yeni sürprizi
-
"Bloomberg": BVF Venesuelada nümayəndəlik açmaq imkanını nəzərdən keçirir













