Fərid Namazov: "Qəbələ"yə qarşı oyunun çətin keçəcəyini bilirdik"
"İmişli" üçün Misli Premyer Liqasının IV turunda "Qəbələ"yə qarşı keçirilən oyun çətin keçib.
"Report" xəbər verir ki, bunu İmişli kollektivinin baş məşqçisi Fərid Namazov sözügedən matçdan sonra baş tutan mətbuat konfransında deyib.
Mütəxəssis məğlub olduqları qarşılaşma barədə danışıb:
"Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Oyunun ağır keçəcəyini bilirdik. "Qəbələ"nin baş məşqçisi komandadan ayrılmışdı. Adətən yeni məşqçi gəldikdə komanda qeyri ixtiyarı daha istəkli olur. Eyni zamanda, belə olanda rəqib komandanı təhlil etmək də çətin olur. Gözlədiyimiz kimi ilk 15 dəqiqə rəqibin təyziqi altında keçdi. Təəssüf ki, rəqib komandaya çox qol imkanları yaratdıq".
O, "Qəbələ"nin qapıçısı Səlahət Ağayevin də qurtarışlarını xüsusi qeyd edib:
"Səlahət həqiqətən çox gözəl oyun nümayiş etdirdi. Bir neçə vəziyyətdə komandasını real qol vəziyyətindən xilas etdi. Sonda azərkeşlərimizə təşəkkür edirik ki, uzaq yoldan gəlib bizə dəstək oldular".
Qeyd edək ki, "Qəbələ" - "İmişli" görüşü ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
-
Sadiq Əliyev kimdir? Maliyyə nazirinin yeni müavini haqqında DOSYE
-
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib













