Far.Az xəbər saytı
Far.Az xəbər saytı
Boliviyada hərbi obyektdə partlayış nəticəsində iki nəfər ölüb, onlarla insan yaralanıb
Boliviyanın Viaça şəhərindəki hərbi texnikanın təmiri mərkəzində baş verən partlayış nəticəsində azı iki nəfər ölüb, daha 59 insan yaralanıb.
"Report"un xəbərinə görə, bu barədə "Unitel" telekanalı polisə istinadən məlumat yayıb.
"İki nəfər ölüb, yeddi nəfər itkin düşüb, 59 nəfər yaralanıb", - telekanal veb saytında polis komandanının müavini Rocer Roka istinadən bildirib.
Boliviyanın müdafiə naziri Ernesto Xustinianonun sözlərinə görə, yaralılardan altısı hərbçi, qalanları isə mülki şəxslərdir.
Xilasetmə qrupları hadisə yerində işləyir. Nazir bildirib ki, partlayış "pirotexniki materialların" saxlanıldığı sektorda baş verib.
Zərbə dalğası yaxınlıqdakı evlərə də ziyan vurub.
Oxşar xəbərlər
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Bakıda avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
FHN-in Bakı Regional Mərkəzi kompleks mülki müdafiə təlimi təşkil edib
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsmayıllıda həbs edilən bələdiyyə sədrinə 8 il 1 ay həbs cəzası verildi
-
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
-
"Gəncə" FIBA Avropa Kubokunda ilk ev oyununu keçirəcək
-
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır
-
AİB Bakı metropolitenində əməliyyatların modernləşdirilməsi üçün 302 milyon dollar kredit ayırıb
-
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib













