Anar Cəfərov: Festivalın məqsədi Gəncə-Daşkəsən zonasında yetişdirilən məhsulların tanıdılmasıdır
Keçirilən festivalın əsas məqsədi Gəncə-Daşkəsən iqtisadi rayonunda yetişdirilən məhsulların daha yaxından tanıdılmasıdır.
Bunu "Far.Az"un Qərb bürosuna açıqlamasında Göygöldə keçirilən Aqrar Biznes Festivalı və III Moruq festivalında iştirak edən Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov deyib.
O, təşkil olunan tədbirin artıq ənənə halını aldığını vurğulayıb:
"Bu festivalın əsas məqsədi Gəncə-Daşkəsən iqtisadi rayonunda yetişdirilən məhsulların daha yaxından tanıdılması və fermerlərin fəaliyyətinin stimullaşdırılmasıdır. Qeyd edim ki, bugünkü festival artıq sayca 97-ci analoji tədbirdir. Festivalda yerli və xarici şirkətlərin yüzlərlə nümayəndəsi iştirak edir. Burada həmçinin fermerləri innovativ texnika və müvafiq avadanlıqlarla təmin edən təchizatçı şirkətlər də təmsil olunur. Eyni zamanda, burada startapçılar üçün xüsusi zona yaradılıb. Festival çərçivəsində təşkil olunan paneldə isə aqrar sahəyə dövlət dəstəyi ilə bağlı müzakirələr aparıldı".
Oxşar xəbərlər
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
Neftçalada rayonunda "I Balıq" Festivalı keçirilib
Bakıda "Force of Love" 2026 yay festivalı keçirilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
-
Hər daşa yazılan tarixə yazılmır: daşları yazıb, tarixi silməyək - ŞƏRH
-
PSJ Luis Enrike ilə müqaviləni uzadıb
-
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
-
Bu gün Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Media: Ukrayna Rusiyadan hava atəşkəsi ilə bağlı cavab gözləyir













