Rusiya ordusunun Ukraynanın Çuquyev şəhərinə hücumu nəticəsində üç nəfər ölüb
Far.Az xəbər saytı

Rusiya ordusunun Ukraynanın Çuquyev şəhərinə hücumu nəticəsində üç nəfər ölüb


Ukraynanın Xarkov vilayətinin Çuquyev şəhərinin Rusiya ordusu tərəfindən atəşə tutulması nəticəsində üç nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov "Telegram" kanalında məlumat verib.

"Bu atəşə tutulma nəticəsində demək olar ki, bütün ailə həlak olub: 19 yaşlı qız, 11 yaşlı oğlan və 45 yaşlı kişi", - deyə o yazıb.

Hadisə nəticəsində üç nəfər də xəsarət alıb, onlardan biri ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Sinequbov bildirib ki, Rusiya Silahlı Qüvvələrinə məxsus dronun birbaşa zərbəsi nəticəsində fərdi yaşayış evi tamamilə dağılıb, çoxmərtəbəli bina, qarajlar və üç avtomobilə ziyan dəyib.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər