Ayı piyindən sabun bişirilən kənd - Zaqatalanın ən ucqar yaşayış məntəqələrindən birindən REPORTAJ
Far.Az xəbər saytı

Ayı piyindən sabun bişirilən kənd - Zaqatalanın ən ucqar yaşayış məntəqələrindən birindən REPORTAJ


Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Zaqatala rayonunun ən ucqar yaşayış məntəqələrindən biri olan Sabunçu kəndinə səfər edilib.

Kəndə gedən yol dağların arasından keçir və yol boyunca bir neçə çayla qarşılaşmaq mümkündür. Xüsusilə yağışlı havalarda çayların səviyyəsinin qalxması kəndə gediş-gəlişi çətinləşdirir. Sakinlərin sözlərinə görə, yaxın vaxtlarda baş verən sel daşqını nəticəsində kənddə bir sıra evlərə və yollara ziyan dəyib.

Sakinlərin sözlərinə görə, kənddə əvvəllər yerləşən qəbiristanlıq güclü sel daşqınları nəticəsində dağılıb. Torpağın yuyulması ilə bəzi qəbir daşları və qalıqlar çayın axını ilə kəndin digər tərəfinə, dağın ətəyinə qədər aparılıb.

Sabunçu sakinləri doğma kəndlərini tərk etməmələrinin əsas səbəblərindən birinin ata-baba ocağı olduğunu bildirirlər. Onların sözlərinə görə, kənddə həyat çətin olsa da, burada doğulub böyüyən insanlar üçün kəndin hər yeri və hətta daşı belə əzizdir.

Sabunçu kəndinin adı ilə bağlı maraqlı rəvayət də var. Sakinlərin sözlərinə görə, kənddə əvvəllər ayı piyindən sabun hazırlanıb. Sabun çatışmazlığı olan dövrlərdə kənd sakinləri kül və piydən istifadə etməklə sabun bişiriblər. Kəndin adının da məhz bu ənənə ilə bağlı yarandığı deyilir.

Oxşar xəbərlər

Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Bu günün valyuta məzənnələri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər