Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Oktyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Arkadağ şəhərində yerləşən Qurbanqulu Berdiməhəmmədov adına Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub.
BAKU.WS xəbər verir ki, ziyarət zamanı Leyla Əliyevaya mərkəzdə uşaqların sağlamlığının qorunması, fiziki inkişafının dəstəklənməsi və reabilitasiyası istiqamətində həyata keçirilən layihə və xidmətlər barədə ətraflı məlumat verilib.
Mərkəzin masaj və oyun otaqları, habelə müasir reabilitasiya bölmələri ilə tanışlıq zamanı mərkəzin fəaliyyətinin beynəlxalq standartlara, tibb elminin son nailiyyətlərinə və müasir bərpa-müalicə avadanlıqlarına əsaslandığı qeyd olunub. Burada fiziki imkanları məhdud uşaqların tam reabilitasiyası və cəmiyyətə uğurlu inteqrasiyası üçün bütün zəruri şərait yaradılıb.
Xüsusi tərtibatla hazırlanan oyun otaqları isə uşaqların asudə vaxtlarının səmərəli təşkilinə, ünsiyyət bacarıqlarının formalaşmasına və psixoloji gərginliyin aradan qaldırılmasına xidmət edir. Yaradılan şərait uşaqların özlərini rahat və təhlükəsiz hiss etmələrinə, daxili potensiallarını üzə çıxarmalarına imkan verir.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
-
"Sabah"a görə bu müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
-
Bakıda 25 yeni yol çəkiləcək - Tıxac problemi NECƏ HƏLL OLUNACAQ?
-
Bakının bu rayonunda iki gün SU OLMAYACAQ
-
Bakıda azyaşlının burnundan gilas tumu çıxarıldı - 2 ildir qalıbmış
-
"Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb













