Nazir: "Azərbaycanda külək enerjisi istehsalı ilin sonunadək 6 dəfə artacaq"
Azərbaycanda külək enerjisi istehsalı 2026-cı ilin sonunadək təxminən 6 dəfə artacaq.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"da deyib.
Onun sözlərinə görə, hazırda təxminən 8 giqavat gücündə günəş və külək energisi layihələrinin icrası ilə yanaşı, elektrik şəbəkələri gücləndirilir, enerji saxlama sistemləri tətbiq olunur, sistemin çevikliyi artırılır və yeni interkonnektorlar işlənib hazırlanır:
"Bu istiqamətdə nəticələr artıq bizim enerji balansımızda özünü göstərir. Bu ilin sonunadək külək enerjisi istehsalının təxminən 6 dəfə, günəş enerjisi istehsalının isə 26 %-dən çox artacağını gözləyirik. 2027-ci ilin sonunadək isə təxminən 2 giqavat gücündə günəş və külək enerjisi gücləri şəbəkəyə inteqrasiya olunacaq və bu da illik emissiyaların 2,4 milyon ton azalmasına imkan verəcək. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş strateji baxış bizim əsas rəhbər prinsipimizdir: enerji təhlükəsizliyini "yaşıl keçid"lə uyğunlaşdırmaq, Azərbaycanın mövcud enerji liderliyindən istifadə edərək davamlı, az karbonlu enerji sistemi qurmaq və diversifikasiya olunmuş enerji əlaqələri vasitəsilə ölkəmizin regional yaşıl enerji habı kimi mövqeyini möhkəmləndirmək".
Nazir qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın "yaşıl keçidi"nin əsas əraziləridir: "Bu ərazilərdə yenidənqurma, enerji və iqlim siyasəti bir araya gəlir. Biz həmçinin Naxçıvanda yaşıl enerji zonası konsepsiyasının həyata keçirilməsi üçün ardıcıl addımlar atırıq".
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı
-
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
-
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb













