Meta şirkəti 25 milyard dollar cərimələnib
Far.Az xəbər saytı

Meta şirkəti 25 milyard dollar cərimələnib


ABŞ-nin Nyu-Meksiko ştatında məhkəmə Facebook-un ana şirkəti Meta-nı istifadəçilərin şəxsi məlumatlarının qorunması ilə bağlı yanlış açıqlamalar verdiyinə görə 25 milyard dollar cərimələyib.

Far.Az xəbər verir ki, münsiflər heyəti sentyabrın 25-də Meta-nın ştatın istehlakçı hüquqlarının müdafiəsi haqqında qanununu 43 milyondan çox dəfə pozduğuna qərar verib.

İş istifadəçilərin şəxsi məlumatlarının icazəsiz istifadəsi ilə bağlı iddialar əsasında açılıb. 2018-ci ildə üzə çıxan Cambridge Analytica qalmaqalı zamanı təxminən 87 milyon Facebook istifadəçisinin məlumatlarına çıxış əldə edildiyi və bu məlumatlardan 2016-cı il ABŞ prezident seçkiləri ərəfəsində siyasi reklamların hazırlanmasında istifadə olunduğu bildirilmişdi.

Nyu-Meksiko rəsmiləri Meta-nı istifadəçilərə məlumatlarının toplanması və istifadəsi barədə yanlış məlumat verməkdə ittiham ediblər.

Meta isə məhkəmənin qərarı ilə razılaşmadığını və apellyasiya şikayəti verəcəyini açıqlayıb. Şirkət iddianın ştatda fəaliyyətinə təsir göstərə biləcəyini də bildirib.

Oxşar xəbərlər

Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər