IRENA: Ölkələr idxal olunan yanacaqdan asılılığı elektrikləşdirmə ilə azalda bilər
Far.Az xəbər saytı

IRENA: Ölkələr idxal olunan yanacaqdan asılılığı elektrikləşdirmə ilə azalda bilər


Ölkələr idxal olunan yanacaqdan asılılığı elektrikləşdirmə ilə azalda bilər.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"da bildirib.

Onun sözlərinə görə, bu gün enerji təhlükəsizliyi yenidən qlobal prioritetlərin önündədir: "Son geostrateji hadisələr iqtisadiyyatlarımızın qalıq yanacaq qiymətlərindəki dəyişkənliyə və təchizat kəsintilərinə qarşı nə dərəcədə həssas qaldığını bir daha xatırlatdı. Bu, fundamental bir məqamı gücləndirir: enerji təhlükəsizliyi, nəticə etibarilə, nəzarətimizdən kənar kəsintilərə məruz qalma riskimizi azaltmaqdan ibarətdir. Elektrifikasiya isə bu baxımdan birbaşa və praktiki cavab təqdim edir. Nəqliyyat, tikinti və sənaye kimi əsas sektorları bərpa olunan elektrik enerjisinin artan payı hesabına elektrikləşdirməklə ölkələr idxal olunan yanacaqlardan asılılıqlarını azalda, enerji səmərəliliyini artıra, enerji xərclərini azaldaraq sabitləşdirə və enerji sistemlərinin dayanıqlığını gücləndirə bilərlər".

"Məhz buna görə də İRENA hesab edir ki, plenar iclasda da qeyd etdiyim kimi, qarşıdakı onillik elektrifikasiya onilliyi olmalı, daha təmiz, daha təhlükəsiz və dayanıqlı enerji sisteminə keçidi sürətləndirməlidir. Bu iddianı fəaliyyət üçün praktiki yola çevirmək məqsədilə İRENA bu yaxınlarda COP30 Braziliya Sədrliyinin xahişi ilə "Qalıq Yanacaqlardan Keçid: Bərpa Olunan Enerji, Elektrifikasiya və Enerji Səmərəliliyinə Əsaslanan Yol Xəritəsi" adlı hesabatını təqdim edib. Artıq Beləmdə avstraliyalı həmkarlarımızla da elektrikləşdirmənin təşviqi barədə müzakirələrə başlamışıq. Hesabat üç təməl üzərində qurulmuş, inteqrasiya olunmuş və əlaqələndirilmiş fəaliyyət vasitəsilə qalıq yanacaqlardan uzaqlaşmaq üçün praktiki yol xəritəsi təqdim edir: bərpa olunan enerji istehsalı; son istifadənin elektrikləşdirilməsi;

şəbəkənin təkmilləşdirilməsi."

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər