Zahit Cəfərov: "FIS Kontinental Kubokda yarışmaq hüququ qazanmaq mənim üçün qələbədir"
Azərbaycanın tramplindən xizəklə tullanma üzrə idmançısı Zahit Cəfərov Çexiyada təşkil olunan FIS Kubokunda 22-ci yeri tutaraq FIS Kontinental Kubokda yarışmaq hüququ qazanmağı böyük uğur hesab edib.
O, bunu "Report"a açıqlamasında deyib.
İdmançı turnirdə əldə etdiyi nəticəni uzunmüddətli əməyin bəhrəsi kimi dəyərləndirib:
"Çexiyada keçirilən turnirdə iştirak mənə xal qazandırdı. 22-ci yeri tutaraq daha yüksək səviyyəyə - Kontinental Kuboka keçmək və daha ciddi rəqiblərlə mübarizə aparmaq imkanı əldə etdim. Bu nəticə mənim üçün qələbədir. Çünki buna qədər uzun yol keçmişəm, çox məşq etmişəm və inanmışam. Asan olmadı, 22-ci yeri tutmaq çətinliklə başa gəldi. Lakin buna görə çox şadam, xoşbəxtəm. Bütün hazırlıq prosesi ərzində dəstəyini və inamını hiss etdiyim ölkəmə - Azərbaycana minnətdaram. Bu dəstək məni hər zaman motivasiya edib və edir".
Xizəkçi növbəti yarışlardakı hədəflərini də açıqlayıb:
"Əlbəttə, bununla kifayətlənmirik. İsveçdə tramplindən xizəklə tullanma üzrə dünya çempionatı keçiriləcək. Orada yaxşı nəticə göstərmək, özümü və azarkeşləri sevindirmək istəyirəm. Əsas məqsədim isə Kontinental Kubokda xallar qazanaraq Dünya Kubokunda iştirak hüququ əldə etməkdir. Planetin ən güclü idmançıları ilə birgə Dünya Kubokunda mübarizə aparmağı hədəfləmişəm".
Qeyd edək ki, Zahit Cəfərov Çexiyanın Frenştat pod Radhoştem şəhərində keçirilən xizək alpinizmi üzrə FIS Kubokunda 202,9 xal toplayıb.
Oxşar xəbərlər
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beyləqanda avtomobillər toqquşub, ölən və yaralanan var
-
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
-
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb
-
"Formula 1"in keçmiş rəhbəri Berni Ekklstoun silah üstəndə saxlanılıb
-
Tramp Bombardier təyyarələrinin ABŞ-də satışını dayandıracağını açıqladı
-
Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər













