Elnur Soltanov:  "Qarabağda enerjinin paylanılması üçün yeni texnologiyalar sınaqdan keçirilir"
Far.Az xəbər saytı

Elnur Soltanov: "Qarabağda enerjinin paylanılması üçün yeni texnologiyalar sınaqdan keçirilir"


Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektrik enerjisinin paylanılmasında yeni texnologiyalar sınaqdan keçirilir.

"Report" xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"da bildirib.

Onun sözlərinə görə, dünya üzrə ötürücü şəbəkələrdə orta itki göstəricisi təxminən 2 %-dir: "Biz bu sahədə həqiqətən də yaxşı iş görürük və itkilərimiz təxminən 2 % təşkil edir. Paylama sistemində bəzi problemlərimiz var idi, lakin biz bu istiqamətdə çox ciddi işləyirik. Məni heyran edən məqam isə ən yaxşı texnologiyaları ilk olaraq işğaldan azad edilmiş ərazilərdə sınaqdan keçirməyimizdir".

"Azərbaycanda paylama sistemləri 110 kilovoltla başlayır, daha sonra 35 kilovolt, 10 kilovolt, 5 kilovolt və məişət səviyyəsinə qədər 0,4 kilovoltla davam edir. Qarabağda etdiyimiz odur ki, birbaşa 35 kilovoltdan 0,4 kilovolta keçirik. Bu da səmərəsizliyi əhəmiyyətli dərəcədə azaldır. Hazırda kommunal xidmətlərimizlə birlikdə ən yaxşı texnologiyaları ilk olaraq işğaldan azad edilmiş ərazilərdə sınaqdan keçiririk. Onlar işlədikdən sonra isə bu texnologiyaları Azərbaycanın qalan hissəsində tətbiq edirik", - deyə nazir müavini əlavə edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər