Ailəsindən ayrılan kişinin başqa qadınla meyiti tapıldı - Müəmmalı ölümlə bağlı detallar
Far.Az xəbər saytı

Ailəsindən ayrılan kişinin başqa qadınla meyiti tapıldı - Müəmmalı ölümlə bağlı detallar


Şəmkir rayonunda evdən kişi və qadın meyitinin tapılması ilə bağlı bəzi təfərrüat məlum olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Varlı Həyat kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü R.Mustafayev gün ərzində kənddə görünmədiyindən və telefon zənglərinə cavab vermədiyindən yaxınları onun yaşadığı evə yollanıblar.

Evin qapısının bağlı olduğunu görən yaxınları hasardan aşaraq həyətə daxil olublar.

Onlar evdə R.Mustafayevin və şəxsiyyəti hələlik müəyyənləşdirilməyən qadının meyitini aşkar ediblər.

Mərhumun yaxınlarının sözlərinə görə, R.Mustafayev kənddə əkinçiliklə məşğul olurmuş. Meyiti tapılan qadının isə onun yanında işlədiyi bildirilir.

Məlumata görə, R.Mustafayev bir neçə il əvvəl ailəsindən ayrılıb. Onun övladının olduğu bildirilir.

Hər iki şəxsin ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Göyçayda müəmmalı ölüm: Ailənin yeganə övladının meyiti tapıldı
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər