Günel Bədəlova: "Veronika Jilinanın Yaponiyadakı turnirdə çıxışını uğurlu hesab etmək olar"
Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova fiqurlu konkisürən Veronika Jilinanın Azərbaycan adından debüt etməsinə münasibət bildirib.
Federasiya rəsmisi "Far.Az"a açıqlamasında idmançının Yaponiyanın paytaxtı Tokioda keçirilən "Kinoshita Cup" yarışındakı iştirakı ilə bağlı fikirlərini bölüşüb.
G.Bədəlova turnirdə ən güclü konkisürənlərin mübarizə apardığını xatırladıb.
"Bu, Veronika Jilinanın 2021-ci ildən sonra ilk yarışı oldu. Uğurlu çıxış hesab etmək olar. Həm qısa, həm də sərbəst proqramda təmiz nəticə göstərdi. Ümid edirik ki, qarşıdakı yarışlarda ona veriləcək ballar daha çox olacaq və idmançımız daha yüksək yerləri tutacaq. Amma iştirakçıları nəzərə alsaq, Yaponiyadakı turnir dünya çempionatına yaxın səviyyədə idi. Bu səbəbdən uğurlu çıxış etdiyini deyə bilərik".
Xatırladaq ki, Veronika Jilina 193 xal toplayaraq yekun sıralamada 6-cı pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Azərbaycanın fiqurlu konkisürəni Veronika Jilina beynəlxalq turnirdə 6-cı yeri tutub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Həvəskar velosipedçilər arasında Federasiya Kubokunun qalibləri müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













