Cənubi Koreyada çempion olan Sabir Zeynalov: "Məqsədim dünya reytinqində ilk pilləyə yüksəlməkdir"
Far.Az xəbər saytı

Cənubi Koreyada çempion olan Sabir Zeynalov: "Məqsədim dünya reytinqində ilk pilləyə yüksəlməkdir"


Cənubi Koreyada keçirilən Qran-pri turnirində qızıl medal qazanan Azərbaycan parataekvondoçusu Sabir Zeynalovun əsas hədəfi dünya reytinqində birinci pilləyə yüksəlmək və qarşıdakı dünya çempionatının qalibi olmaqdır.

İdmançı bunu "Far.Az"a açıqlamasında deyib.

K44 kateqoriyasında 58 kq çəki dərəsində mübarizə aparan parataekvondoçu çıxışını dəyərləndirib:

"Cənubi Koreyada keçirilən Qran-pridə çempion oldum. Bu, Qran-pri seriyasında ikinci qızıl medalımdır. Bu yarış Yay Paralimpiya Oyunlarına lisenziya xalları baxımından böyük əhəmiyyət daşıyır".

S. Zeynalov növbəti turnirlər və gələcək planları barədə də danışıb:

"Bundan sonra Fransanın paytaxtı Parisdə təşkil olunacaq Qran-pridə mübarizə aparacağıq. Cari ildə əsas hədəfimiz isə qarşıdan gələn dünya çempionatıdır. Daim qızıl medal qazanmaq üçün çox çalışırıq. Məqsədim dünya çempionatında birinci olmaq və öz çəkimdə dünya reytinqində ilk pilləyə yüksəlməkdir".

Xatırladaq ki, Sabir Zeynalov 1/4 finalda yaponiyalı Mitsuya Tanakanı, yarımfinalda tayvanlı Xianq Veni məğlub edib. O, finalda braziliyalı Qustavo Ruppeli üstələyərək turnirin qızıl mükafatına yiyələnib.

Oxşar xəbərlər

"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir
Azərbaycan cüdoçuları Qran-pridə 2 qızıl, 1 bürünc medal qazanıblar
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər