Azərbaycan daha iki ölkədən günəbaxan toxumu tədarük etməyə başlayıb
Far.Az xəbər saytı

Azərbaycan daha iki ölkədən günəbaxan toxumu tədarük etməyə başlayıb


Bu ilin yanvar-iyun aylarında Azərbaycan 7,1 milyon ABŞ dolları dəyərində 4 min 90 ton günəbaxan toxumu idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 34 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 3,42 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3,8 dəfə çoxdur) 1 min 877 ton (+4 dəfə), Türkiyədən 2 milyon ABŞ dolları dəyərində (-40 %) 1 min 251 ton (-31 %), Qazaxıstandan 693 min ABŞ dolları dəyərində 334,5 ton (1 il əvvəl tədarük olmayıb), Özbəkistandan 501,4 min ABŞ dolları dəyərində (+3 dəfə) 237,5 ton (+2,7 dəfə), Rusiyadan 338,2 min ABŞ dolları dəyərində (-17 %) 363,9 ton (-22 %) məhsul alıb.

Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Avstriyadan (1,31 min ABŞ dolları dəyərində 0,13 ton) və Uqandadan (0,4 min ABŞ dolları dəyərində 0,07 ton) həyata keçirilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
"Azərsun Holdinq" yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər