Gündüz İsmayılov: Qarabağ zəfəri xaricdəki soydaşlarımızla dini-mənəvi bağlılığımızı gücləndirəcək
Qarabağ zəfəri digər ölkələrdə yaşayan soydaşlarımızla dini-mənəvi bağlılığımızı daha da gücləndirmək üçün fürsətdir.
"Far.Az" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərinin ölkəyə səfəri ilə bağlı İlahiyyat İnstitutunda keçirilən görüşdə deyib.
O qeyd edib ki, bəhs olunan səfərin təşkilində də məqsəd qardaşlığı və birliyi möhkəmləndirməkdir:
"Qarabağda əldə edilən zəfər yalnız Azərbaycan vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının zəfərid, Qarabağ şəhidləri dünya azərbaycanlılarının şəhidləridir. Qarabağ yalnız torpaq və ərazi bütövlüyü məsələsi deyil, həm də dünya azərbaycanlılarının milli qürur məsələsidir".
G. İsmayılov bildirib ki, Azərbaycanla bağlı kənardan yayılan məlumatların bir qismi ölkənin real vəziyyətini əks etdirmir:
"Kənardan azərbaycanlılarla bağlı bəziləri fərqli nələrsə deməyə çalışırlar. Amma deyilənlər çox vaxt həqiqətə, Azərbaycan reallıqlarına yox, başqalarının maraqlarına yönəlikdir. Ona görə də sizi bu auditoriyaya gətirməkdə və bu mühitlə tanış etməkdə məqsədimiz Azərbaycanın dini-mənəvi reallığını, mənəvi mühitini öz gözlərinizlə görməyinizi təmin etməkdir".
Oxşar xəbərlər
Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Bibiheybət məscidini ziyarət edib
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olunub
Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin təşkilində 2 min könüllü iştirak edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb
-
Tramp: "Audi" ABŞ-də avtomobil zavodunun inşasına 4,2 milyard dollar investisiya yatıracaq
-
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
-
Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
-
"Neftçi" ev oyunuda "Turan Tovuz"a qalib gələ bilməyib
-
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub













