Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimləri vəhdət namazı qılıblar
Bakıda səfərdə olan Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimləri Heydər məscidində vəhdət namazı qılıblar.
"Report" xəbər verir ki, ziyarət zamanı əvvəlcə qonaqlara məscidin tarixi haqqında ətraflı məlumat verilib.
Qeyd edilib ki, Heydər məscidin tikintisinə Prezident İlham Əliyevin Sərəncamına əsasən 2012-ci ilin sentyabr ayında başlanılıb. 2014-cü il dekabrın 26-da ictimaiyyətin istifadəsinə verilən məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib.
Din xadimlərinin diqqətinə çatdırılıb ki, məscid üzərində hündürlüyü 95 metr olan 4 minarə inşa olunub. 12 min kv/metr sahədə salınmış Heydər məscidinin daxili 4 min 200 kv/metr sahəni əhatə edir. Məscidin 55 metr hündürlüyündə olan baş günbəzinin və 35 metr hündürlüyündə olan ikinci günbəzinin kənarlarına Quran ayələri yazılıb.
Vurğulanıb ki, məsciddə eyni vaxtda 7000-ə yaxın insan ibadət edə bilir.
Məscidlə tanışlıqdan sonra qonaqlar vəhdət namazı qılıblar.
Xatırladaq ki, din xadimlərinin Azərbayacana səfəri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə keçirilən səfər "Zəfərin yolu: Qələbənin izi ilə" layihəsi çərçivəsindədir.
Səfərdə Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən 50-yə yaxın azərbaycanlı din xadimi iştirak edir.
Səfərin məqsədi milli-mənəvi dəyərlərin qorunması, xaricdə yaşayan soydaşların tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.
Səfərin ikinci günündə din xadimləri işğaldan azad edilmiş ərazilərə səfər edəcəklər.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Bibiheybət məscidini ziyarət edib
Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq
-
Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər
-
"Qarabağ" Mateuş Koxalskinin gedişini açıqlayıb
-
Əraqçi ilə İƏT-in baş katibi son regional hadisələri müzakirə ediblər
-
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
-
Tramp Bombardier təyyarələrinin ABŞ-də satışını dayandıracağını açıqladı













