FAO ərzaq sistemlərinin iqlim transformasiyası üzrə prioritetləri açıqlayıb
Far.Az xəbər saytı

FAO ərzaq sistemlərinin iqlim transformasiyası üzrə prioritetləri açıqlayıb


"Bakı Harmoniya" təşəbbüsünün əsas məqsədi fermerlərin iqlim maliyyəsinə çıxışını yaxşılaşdırmaqdır.

"Far.Az" xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Təbii ehtiyatlar üzrə mütəxəssisi Evetta Zenina "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın 2-ci günündə bildirib.

O, qeyd edib ki, COP27 Sədrliyi zamanı elan edilmiş FAST Tərəfdaşlığının əsas məqsədi aqrar-ərzaq sistemlərinin transformasiyasını sürətləndirməkdir: "Hazırda platformanın 83 üzvü və 11 müşahidəçisi var. Bura hökumətlər, beynəlxalq təşkilatlar, elmi dairələr, gənclər və vətəndaş cəmiyyəti institutları daxildir. Tərəfdaşlıqda üzvlük pulsuzdur və biz bütün ölkələri əməkdaşlığa dəvət edirik. Xüsusilə fəal iştirakına görə Leyla Məmmədovaya və dəstəyinə görə Azərbaycan Hökumətinə təşəkkürümüzü bildiririk".

E.Zenina qeyd edib ki, Azərbaycanın COP29 sədrliyi dövründə "Bakı Harmoniya" təşəbbüsünə start verilib və bu proses RAISE (Aqrar-Ərzaq Sistemlərinin Transformasiyası üçün Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiyalarının Sürətləndirilməsi) mexanizmi ilə davam etdirilib. Həmçinin Gürcüstanın FAST Tərəfdaşlığına həmsədr seçilməsi ilə "İki Sədrin Nexus Təşəbbüsü" - "Turkuaz Nexus" yaradılıb.

O əlavə edib ki, "Bakı Harmoniya" təşəbbüsünün əsas prioritetlərindən biri fermerlərin iqlim maliyyəsinə çıxışını yaxşılaşdırmqdır:

"Çoxtərəfli inkişaf bankları, kənd təsərrüfatı üzrə dövlət bankları və fermer təşkilatları arasında sıx əlaqə qurulmalıdır. Bütün təşəbbüslərin mərkəzində fermerlər dayanır. Gələcək planlarımız sırasına FAST Tərəfdaşlığının veb-saytında 'matchmaking' (uyğunlaşdırma) platformasını genişləndirmək, gender həssaslığına malik iqlim maliyyələşdirilməsini artırmaq daxildir. Beynəlxalq Qadın Fermerlər İli çərçivəsində gələn həftə FAO-nun Romadakı baş qərargahında qadın fermerlərin resurslara çıxışına həsr olunmuş qlobal görüş keçiriləcək".

"Turkuaz Nexus" təşəbbüsünün əhəmiyyətinə toxunan mütəxəssis, bu layihənin ərzaq, su və iqlim arasında inteqrasiya olunmuş yanaşmanı təmin etdiyini deyib: "Təbii ehtiyatların idarə olunmasında parçalanmış yanaşmaya yol verə bilmərik. Bu təşəbbüs institusional boşluğu aradan qaldırır, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) və Milli Adaptasiya Planlarını (NAP) milli strategiyalarla uyğunlaşdırmağa kömək edir".

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ucuz torpaq sahələri satışa çıxarıldı - QİYMƏTLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər