Nazir: "Torpaqların konsolidasiyasına dair ilkin planlama işləri həyata keçirilir"
Far.Az xəbər saytı

Nazir: "Torpaqların konsolidasiyasına dair ilkin planlama işləri həyata keçirilir"


Azərbaycanda torpaqların konsolidasiyası ilə bağlı ilkin planlama işləri həyata keçirilir.

"Far.Az" xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)" çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, planlama işləri başa çatdıqdan bir il sonra sahəvi işlərə də başlanılacaq: "Artıq artıq torpağın konsolidasiyasının həyata keçirilməsi üçün hüquqi əsaslar formalaşdırılıb. Salyan və Qəbələ rayonlarında 19 kənd və ümumilikdə 20 min hektar ərazinin əhatə olunması nəzərdə tutulub. Bu təcrübəni əsasən Türkiyədən öyrənirik. İki ölkənin mütəxəssislərinin qarşılıqlı səfərləri olub. Türkiyə mütəxəssisləri həm Qəbələdə, həm də Salyanda olublar".

Oxşar xəbərlər

Azərbaycanda torpaqların konsolidasiyası üçün Türkiyə təcrübəsindən istifadə olunacaq
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Məcnun Məmmədov: Latviya və Azərbaycanın biznes mühiti əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətlidir
Azərbaycan torpaqların konsolidasiyasına dair Türkiyə təcrübəsini öyrənir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər