Məcnun Məmmədov: Latviya və Azərbaycanın biznes mühiti əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətlidir
Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov həm Latviyanın, həm də Azərbaycanın əlverişli biznes mühiti və investisiya imkanlarının əlaqələrin genişləndirilməsi, yeni biznes əlaqələrinin qurulması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
"Report" xəbər verir ki, bu barədə nazir Bakıda keçirilən Azərbaycan-Latviya biznes forumunda çıxış edib.
O, aprelin 15-də Şuşa şəhərində Azərbaycanla Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasının keçirildiyini xatırladıb, bu iclasda ticarət, kənd təsərrüfatı, mədəniyyət, turizm, təhsil və digər sahələrdə gələcək əməkdaşlıq üçün prioritet istiqamətlərin müəyyən edildiyini vurğulayıb.
Nazir əlavə edib ki, mütəmadi biznes forumların təşkili, rəqabətədavamlı ixrac məhsulları haqqında məlumat mübadiləsinin gücləndirilməsi və beynəlxalq sərgilərdə fəal iştirak hər iki ölkənin sahibkarları arasında əlaqələrin gücləndirilməsində əsas rol oynayacaq.
Aqrar texnologiyalar, ərzaq təhlükəsizliyi və məhsul ixracı sahələrində təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırılıb, bu sektorda tərəfdaşlığın hər iki ölkə üçün qarşılıqlı fayda verəcəyini bildirilib.
Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze iki ölkə arasında münasibətlərin əhəmiyyətinə toxunub. O, biznes-forumların işgüzar dairələr arasında əlaqələrin qurulması baxımından mühüm platforma olduğunu, bu cür tədbirlərin yeni investisiya imkanlarının yaradılmasına şərait yaratdığını, ticarət dövriyyəsinin genişlənməsinə və davamlı iqtisadi əməkdaşlığa töhfə verdiyini vurğulayıb.
Azərbaycan–Latviya biznes forumu çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Latviya Ticarət və Sənaye Palatası (LCCI) arasında Anlaşma Memorandumu imzalanıb.
Tədbirdə Azərbaycan və Latviyanın investisiya imkanlarına həsr olunmuş təqdimatlar keçirilib, hər iki ölkənin iqtisadi prioritetləri və xarici investorlar üçün yaradılmış imkanlardan bəhs olunub.
Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər təşkil olunub, işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb
-
Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə dəyişikliklər edilib
-
"Lufthansa" yanacaq çatışmazlığı səbəbindən on minlərlə uçuşu ləğv edib
-
"Tasnim": Qalibafın müşavirinin ABŞ ilə danışıqlar barədə fikri onun mövqeyini əks etdirmir - YENİLƏNİB
-
İran hesab edir ki, ABŞ atəşkəsi uzatmaqla vaxt qazanmağa çalışır
-
ABŞ Çini cilovlamaq təşəbbüsü üçün 12 milyard dollar ayıra bilər













