Azərbaycanda süni intellekt modellərinin sınaqdan keçirildiyi fermer sahələri açıqlanıb
Azərbaycanda ötən il 220 min fermer sahəsi süni intellekt modelləri ilə sınaqdan keçirilib.
"Far.Az" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müşaviri Surxay Novruzov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) ikinci günündə bildirib.
Onun sözlərinə görə, nazirlik rəqəmsallaşmanın ikinci mərhələsinə 2018-2019-cu illərdə EKTİS (Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi) ilə başlayıb:
"Bizim çox böyük məlumat bazamız var idi. Hər bir fermerin nə əkdiyini, sahəsindən nə qədər məhsul götürdüyünü dəqiq bilirdik. İdeal süni intellekt layihəsi üçün dəqiq və əsaslı məlumatlar şərtdir. Layihəyə başlayarkən bu bazanın mövcudluğu bizim üçün böyük üstünlük idi. Məlumatlar 100 % dəqiq olmasa da, alqoritmlər və həll yolları hazırlamaq üçün kifayət qədər dəqiq idi. Hazırda buğda və arpa ilə bağlı məhsuldarlıq proqnozu verə bilirik. Tezliklə isə qarğıdalı və pambıq üçün məhsuldarlıq proqnozu verəcəyik. Keçən il 220 min fermer sahəsini sınaqdan keçirdik və yoxladıq. Keçən həftə Kənd Təsərrüfatı Alt Komissiyası toplanıb. Bu alətlər sayəsində sahələri monitorinq edəcəyik və nazirliyə fermerlərin şumlama apardığını təsdiqləyəcəyik ki, onlar subsidiyanı əvvəlcədən ala bilsinlər".
O qeyd edib ki, nazirliyin ölkədə 100-dən çox iqlim stansiyası quraşdırılıb: "Bu, ölkədə ilk dəfə baş verib. Çünki bütün bu məlumatlar nazirliyin serverinə inteqrasiya olunub. Bizim böyük "data lakehouse" infrastrukturumuz var və buna görə də məlumat bazamız fermer təsərrüfatı səviyyəsindən bütün məlumatları toplayır.
Yəni, bu, yalnız nazirlik tərəfindən quraşdırılmış iqlim stansiyalarından ibarət deyil. Biz bütün ictimai data serverlərindən, ictimai iqlim stansiyalarından, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus stansiyalardan və hətta fermerlər tərəfindən əkin sahələrində quraşdırılmış iqlim stansiyalarından məlumatları toplamışıq.
Azərbaycanda 5 000 məkan üçün kənd təsərrüfatı hava proqnozu veririk".
Oxşar xəbərlər
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beyləqanda avtomobillər toqquşub, ölən və yaralanan var
-
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb
-
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
-
Tramp Bombardier təyyarələrinin ABŞ-də satışını dayandıracağını açıqladı
-
Əraqçi ilə İƏT-in baş katibi son regional hadisələri müzakirə ediblər
-
Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər













