Azərbaycan Xəzərin sahilboyu ərazilərinin idarə olunması ilə bağlı xarici təcrübəni öyrənir
Xəzər dənizinin sahilboyu ərazilərinin idarə olunması ilə bağlı vahid ölkə modelini tətbiq etmək mümkün deyil.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Hüseyn Əliyev Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında keçirilən brifində bildirib.
Onun sözlərinə görə, bu sahədə müxtəlif ölkələrin təcrübəsi öyrənilir: "Xüsusilə Xorvatiya və Cənubi Koreyanın idarəetmə və rəqəmsal monitorinq sistemlərinə diqqət yetirilir. Hər bir ölkənin sahilboyu ərazilərinin xüsusiyyətləri və idarəetmə mexanizmləri fərqli olduğundan, konkret bir dövlətin modelini olduğu kimi Azərbaycanda tətbiq etmək məqsədəuyğun deyil".
H.Əliyev əlavə edib ki, məsələn, Xorvatiyada sahilboyu ərazilərin idarə olunmasında yerli icmaların rolu bəzi hallarda dövlət qurumlarının rolundan daha yüksəkdir: "Bu isə həmin ölkənin özünəməxsus idarəetmə modelinə malik olduğunu göstərir. Bu istiqamətdə Azərbaycanın Cənubi Koreya ilə də əməkdaşlığı var və müvafiq sahənin öyrənilməsi məqsədilə əməkdaşlar Xorvatiya və Cənubi Koreyaya ezam olunublar. Beynəlxalq təcrübənin öyrənilməsi yalnız ərazilərin idarə olunması ilə məhdudlaşmır, elektron sistemlərin tətbiqi və davamlı monitorinq mexanizmləri də xüsusi əhəmiyyət daşıyır. Fiziki olaraq 400-500 kilometrlik əraziyə 24 saat nəzarət etmək, bunu insan resursları və müşahidə postları vasitəsilə təmin etmək mümkün deyil. Deməli, bütün bunlar rəqəmsal idarəetmə sistemləri vasitəsilə nəzarətdə saxlanılmalı və daimi monitorinq aparılmalıdır".
O əlavə edib ki, Türkiyədə də bu sahədə müxtəlif idarəetmə yanaşmaları mövcuddur: "Eyni zamanda, Avropa İttifaqının sahilboyu ərazilərin idarə olunması ilə bağlı xüsusi qanunvericilik çərçivəsi var və ayrı-ayrı ölkələr öz idarəetmə sistemlərini həmin çərçivəyə uyğunlaşdırırlar".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək













