Karpfişinq üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Şamaxı rayonunun Çuxuryurd kəndində yerləşən eyniadlı göldə karpfişinq (balıqtutma) üzrə Azərbaycan çempionatı keçirilib.
Bu barədə "Far.Az"a Azərbaycan Su İdman Növləri Federasiyasından (ASİNF) məlumat verilib.
Gənclər və İdman Nazirliyi, ASİNF və "Bakı" Balıqçılar və Sualtı Ovçular Klubunun birgə təşkilatçılığı ilə keçirilən çempionatda komandalar müəyyən olunmuş qaydalara uyğun mübarizə aparıblar.
Üç gün davam edən yarışın yekun nəticələrinə əsasən, "Bakı" Balıqçılar və Sualtı Ovçular Klubunun "Karp Pro" komandası (Azər Əliyev, Nihad Camalov, Hüseyn Qeibi) Azərbaycan çempionu olub.
"Delfinq Fişinq Klubu"nun "Qarabağ" komandası (Sahil Ağamalıyev, İsa Əliyev, Elmir Səfiyev) ikinci, Azərbaycan Karpfişinq Klubunun "AzKarp" komandası (Əhməd Məmmədov, Faiq Şirinbəyli, Əli Məmmədov) isə üçüncü yeri tutublar.
Qaliblər diplom, medal və kubokla mükafatlandırılıblar. Həmçinin çempionatın ən böyük balığını tutan "Karp Pro" komandasına kubok təqdim edilib.
Qeyd edək ki, karpfişinq sazan balığının xüsusi üsullarla tutulmasına əsaslanan idman növüdür. Bu idman növündə balığın tutulması ilə yanaşı, iştirakçıların texniki hazırlığı, taktiki yanaşması və səbr nümayiş etdirməsi də mühüm rol oynayır. Tutulmuş balıqlar hakimlər tərəfindən qiymətləndirildikdən sonra zədə yetirilmədən yenidən suya buraxılıb.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
Ankarada azərbaycanlı tələbələr "Bir şəhər, iki baxış" fotomüsabiqəsində mükafatlandırılıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beyləqanda avtomobillər toqquşub, ölən və yaralanan var
-
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb
-
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
-
"Formula 1"in keçmiş rəhbəri Berni Ekklstoun silah üstəndə saxlanılıb
-
Tramp Bombardier təyyarələrinin ABŞ-də satışını dayandıracağını açıqladı
-
Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər













