Ankarada azərbaycanlı tələbələr "Bir şəhər, iki baxış" fotomüsabiqəsində mükafatlandırılıblar
Türkiyənin paytaxtı Ankarada "Bir şəhər, iki baxış: təzadlar və ahəng" adlı beynəlxalq tələbə fotomüsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
"Report"un Türkiyə bürosunun məlumatına görə, iyunun 12-də Ankara Musiqi və Sənət Universitetinin Sərgi Qalereyasında Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzi, Qazi Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin nəticələri açıqlanıb.
Tədbir çərçivəsində müsabiqəyə təqdim olunan əsərlərdən ibarət sərginin açılışı baş tutub, həmçinin qaliblər mükafatlandırılıblar. Mərasimdə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, mütəxəssislər, müəllimlər və tələbələr iştirak ediblər.
Qazi Universitetinin Memarlıq Fakültəsinin dekanı, professor Ülkü Duman çıxışında fotomüsabiqəni Türkiyə və Azərbaycan arasında qardaşlıq əlaqələrini sənət, memarlıq və gənclərin yaradıcı baxışı vasitəsilə möhkəmləndirən mühüm təşəbbüs kimi dəyərləndirib.
Dekan bildirib ki, müsabiqəyə 32 tələbə tərəfindən çəkilmiş 85 foto təqdim olunub və layihənin həyata keçirilməsinə dəstək göstərən qurumlara təşəkkürünü ifadə edib.
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov isə çıxışında layihənin Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi haqqında Sərəncamına uyğun olaraq həyata keçirildiyini vurğulayıb.
Onun sözlərinə görə, müsabiqənin məqsədi Azərbaycanın zəngin şəhərsalma və memarlıq ənənələrinin təbliği, bu sahədə müasir yanaşmaların təşviqi və gənclərin yaradıcılıq potensialının dəstəklənməsidir:
"Azərbaycanın şəhərsalma və memarlıq sahəsində əldə etdiyi uğurlar beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Bu baxımdan, ölkəyə Ümumdünya Şəhərsalma Forumunun (WUF13) keçirilməsi kimi mühüm tədbirlərin həvalə olunması Azərbaycanın qlobal əhəmiyyətli məsələlərin müzakirə olunduğu mühüm platformalardan birinə çevrildiyini göstərir".
Qeyd edək ki, layihə çərçivəsində Qazi Universitetinin Memarlıq Fakültəsinin müəllim və tələbələri Bakıya səfər edərək AzMİU-nun eyni ixtisas üzrə təhsil alan tələbələri ilə birlikdə şəhərin tarixi-mədəni mühiti ilə tanış olublar. Səfər zamanı çəkilən fotolar sonradan müsabiqəyə təqdim edilib.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Zəfər muzeyinin açılışı olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb
-
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb
-
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub













