Avropa avtomobil sənayesinin çöküşü ilə üz-üzədir
Far.Az xəbər saytı

Avropa avtomobil sənayesinin çöküşü ilə üz-üzədir


Çin şirkətləri ilə rəqabət səbəbindən Avropa öz avtomobil sənayesini itirmək təhlükəsi ilə üz-üzədir.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq avtomobil ehtiyat hissələri istehsalçısı olan "Gestamp" şirkətinin qurucusu və sədri Fransisko Riberas "Financial Times" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, elektromobillərin inkişaf etdirilməsi sahəsində Avropa istehsalçıları Çin rəqiblərindən geridə qalıb. Nəticədə, 2017-ci ildən etibarən Avropa qitəsində avtomobil istehsalı, o cümlədən ixrac edilən nəqliyyat vasitələri də daxil olmaqla, 20-25% azalma nümayiş etdirib.

Nəşr qeyd edir ki, avtomobil sənayesi Avropanın ümumi daxili məhsulunun (ÜDM) təxminən 7%-ni təşkil edir və 14 milyona yaxın insanı iş yeri ilə təmin edir. Bundan əlavə, bu sahə metallurgiya, kimya, şüşə istehsalı və digər iqtisadi sektorların məhsullarına olan tələbatı formalaşdırır. Buna görə də, avtosənayedəki tənəzzül bütün sənaye sahələri üçün ciddi fəsadlar yarada bilər.

F.Riberas əlavə edib ki, Çin avtomobil istehsalçılarına Avropada öz fəaliyyətlərini genişləndirməyə icazə verilməlidir. Lakin bununla yanaşı, onlar yerli ehtiyat hissələrindən istifadəni da artırmalıdırlar.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər