Rövşən Rüstəmov: "Xəzərdə suyun azalması limanlara çıxış imkanlarında ciddi suallar yaradır"
Xəzər dənizində suyun səviyyəsinin azalması limanlara çıxış imkanlarında ciddi suallar yaradır.
"Far.Az" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov Bakıda "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə" (CICA) çərçivəsində "Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, liman sektoru qarşısında ümumi çağırışlar da var: "Xəzər dənizində suyun səviyyəsinin azalması gəmiçilik üçün və limanlara çıxış imkanlarında ciddi suallar yaradır. Bununla yanaşı, beynəlxalq ticarət marşrutları boyunca yaranan gərginliklər və münaqişələr limanlar arasında sıx koordinasiyanı daha da vacib edir. Məhz buna görə də AQEM çərçivəsində liman rəhbərləri konfransının keçirilməsi mühüm əhəmiyyət kəsb edir".
O əlavə edib ki, qeyri-müəyyənliyin artdığı dövrdə bu kimi görüşlər etimadın formalaşmasına, ümumi narahatlıqların praktiki fəaliyyətə çevrilməsinə kömək edir: "Hesab edirəm ki, biz uzlaşdırılmış investisiyalara, rəqəmsal dəhliz quruculuğuna və sərhədkeçmə prosedurlarının sadələşdirilməsinə böyük diqqət yetirməliyik. Eyni zamanda, daha təhlükəsiz və dayanıqlı liman əməliyyatları üçün həll yollarını bölüşməliyik. Bu konfransın əhəmiyyəti həm də limanlar və dəmir yolları arasında daha yaxşı koordinasiyanın qurulmasına, ticarət axınlarının fasiləsizliyinin təmin olunmasına və müştərilərə daha keyfiyyətli xidmətlər göstərməyə imkan vermək ola bilər".
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" Mateuş Koxalskinin gedişini açıqlayıb
-
Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
ADB Xəzər və Qara dənizlərin liman infrastrukturuna gələcək investisiyalarla bağlı hesabat hazırlayır
-
Dünya Bankı Orta Dəhlizin bütün iştirakçı ölkələrini əhatə edən hesabat hazırlayır
-
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB













