Keçmiş sevgililər 21 il sonra COP31-də bir araya gəldi
Bir zamanlar həm serialda, həm real həyatda sevgili olan məşhur aktyorlar Tuba Büyüküstün və Bülent İnal illər sonra Antalyda COP31-də bir araya gəliblər.
Far.Az xəbər verir ki, "Ihlamurlar Altında" serialının ulduzlarının COP31-də (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası) 21 il sonra bir araya gəlməsi xeyli maraq doğurub.
Onları illər sonra eyni tədbirdə görmək serialı izləyənlərə 2000-ci illərin əvvələrini xatırladıb.
Ekran işində Filiz və Yılmaz obrazlarını canlandıran aktyorlar həmin illərdə real həyatda da sevgili olublar.
Cütlük birlikdə olduqları illərdə "Elele" jurnalı üçün kamera qarşısına keçib.
Təxminən iki il davam edən eşq macərası 2007-ci ildə bitib. Elə həmin il "Ihlamurlar Altında" serialı da final edib.
Serialın son bölümlərində Filiz və Yılmazın hekayəsi ekranlarda davam edərkən, aktyorların ayrılması xəbəri də dövrün maqazin gündəminin ən çox müzakirə edilən mövzusuna çevrilib.
Xatırladaq ki, "Ihlamurlar Altında" 2005-2007-ci illərdə "Kanal D" telekanalında yayımlanan dram janrlı serialıdır.
İki mövsümdən ibarət olan ekran işi 80-ci bölümü ilə final edərək başa çatıb.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - Yenilənib-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək













