Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində vətəndaş qəbulu keçirilib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində vətəndaş məmnunluğunun artırılması və müraciətlərə operativ baxılmasının təmin edilməsi məqsədilə növbəti vətəndaş qəbulu keçirilib.
"Report" Komitəyə istinadən xəbər verir ki, Baş İdarənin rəisi Read Qasımov vətəndaşların tikinti və istismara icazə prosedurları, şəhərsalma nəzarəti, eləcə də şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə riayət olunması ilə bağlı müraciətlərini dinləyib.
Qəbul zamanı qaldırılan məsələlər hər bir müraciətin xüsusiyyətləri, mövcud qanunvericiliyin tələbləri, həmçinin paytaxtın planlı və dayanıqlı inkişaf prinsipləri nəzərə alınmaqla müzakirə edilib.
Vətəndaşlara müraciətlərində qaldırılan məsələlərlə bağlı zəruri izahlar təqdim olunub, əlavə araşdırma tələb edən məsələlərin isə aidiyyəti struktur bölmələri tərəfindən ətraflı öyrənilməsi və müvafiq tədbirlərin görülməsi tapşırılıb.
Oxşar xəbərlər
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
Read Qasımov Bakıda vətəndaşları qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













