Tarixin ən böyük kriptovalyuta oğurluqlarından biri: 245 milyon dollar
ABŞ-də 22 yaşlı Sinqapur vətəndaşı Malon Lam 245 milyon dollar dəyərində bitkoinin oğurlanmasını təşkil etmək və cinayətkar qrup yaratmaqda ittihamları qəbul edib.
Far.Az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin məlumat yayıb.
Məlumata görə, Lam dostları ilə birlikdə yaratdığı qrupla böyük məbləğdə bitkoin oğurlayıb və əldə olunan vəsaiti yuyub.
Oğurlanan pulların lüks həyat tərzinə xərcləndiyi bildirilir. Qrup üzvləri gecə klublarında bir gecədə 500 min dollara qədər pul xərcləyib, qiyməti 100 min dollardan 3,8 milyon dollara qədər olan lüks avtomobillər alıblar.
Lamın həmçinin gecə klublarında insanlara on minlərlə dollar dəyərində "Hermes Birkin" çantaları atdığı, bahalı saatlara, şəxsi təyyarələrin kirayəsinə və mühafizə xidmətlərinə milyonlarla dollar xərclədiyi qeyd olunub.
Məhkəmə sənədlərinə görə, şəbəkə 2023-cü ilin oktyabrından 2025-ci ilin mayına qədər fəaliyyət göstərib. Üzvlər onlayn oyun platformalarında tanış olublar. Şəbəkənin üzvləri qurbanları aldadaraq onların məxfi məlumatlarını əldə edib, bəzi hallarda isə evlərə basqın edərək rəqəmsal pul kisələrinə giriş imkanı verən məlumatları ələ keçiriblər.
Lamı 20 ilədək həbs cəzası gözləyir. Onun barəsində hökmün elan ediləcəyi məhkəmə iclasının tarixi hələ müəyyənləşdirilməyib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Halvaçılığdan ipəkçiliyə, tarixin rəngli pəncərələrinə - Şəki SƏFƏRİ
Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda konfrans keçirilir
Qlobal maliyyə sistemində yeni dövrün başlanğıcı
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













