Makron və Paşinyan Fransa-Ermənistan tərəfdaşlığını müzakirə ediblər - Yenilənib
Far.Az xəbər saytı

Makron və Paşinyan Fransa-Ermənistan tərəfdaşlığını müzakirə ediblər - Yenilənib


Yelisey sarayında Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib.

"Far.Az" Ermənistan mediasına istinadən xəbər verir ki, Makron bugünkü görüşün ikitərəfli strateji münasibətlərin gündəliyini müzakirə etmək üçün yaxşı fürsət olduğunu qeyd edib.

Paşinyan 9-cu Paris Sülh Forumuna dəvətə görə minnətdarlığını bildirib. O, Ermənistan-Fransa münasibətlərinin yüksək səviyyəsini vurğulayıb və bütün istiqamətlər üzrə əlaqələrin inkişafının və genişləndirilməsinin vacibliyini qeyd edib.

Həmsöhbətlər ikitərəfli qarşılıqlı əlaqələrə dair məsələləri müzakirə ediblər. İnfrastruktur sahəsində və digər istiqamətlərdə birgə layihələrin gedişatına toxunulub.

Ermənistan-Avropa İttifaqı əməkdaşlığının gələcək inkişafı, o cümlədən viza rejiminin liberallaşdırılması prosesi və Aİ-nin dəstəyi ilə həyata keçirilən islahatların gedişatı ilə bağlı mövzular müzakirə olunub.

Paşinyan və Makron həmçinin regional hadisələr və baş verən proseslər ətrafında fikir mübadiləsi aparıblar.

Parisdə Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makronla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

"Far.Az" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Melaniya Arutyunyan "Facebook"da müvafiq fotoşəkili paylaşaraq məlumat yayıb.

Qeyd edək ki, Paşinyan IX Paris Sülh Forumunda iştirak etmək üçün Fransaya işgüzar səfər edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər