"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
Far.Az xəbər saytı

"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib


"Azərsun Holding", "PASHA Real Estate" və "Dreamland Baku"nun dəstəyi ilə keçirilmiş "Azerbaijan Open 2026" qolf turnirinə yekun vurulub. 2016-cı ildən etibarən "Dreamland Golf Club" tərəfindən təşkil olunan və artıq ənənəyə çevrilən bu turnir ölkəmizdə olan qolfsevərlərlə yanaşı, xarici həvəskar qolfçuları da bir araya gətirib.

İki gün davam edən turnirdə yerli və xarici həvəskar qolfçular fərdi və komanda yarışlarında mübarizə aparıblar.

Turnirin ümumi çempionu və komanda yarışının qalibi Xəlil Hüseynov, İlqar Əhmədov, Elman Rzayev və Tofiq Əfəndizadə olub. İkinci yeri Nitin Kapoor, Kim Kwang Il, Kim Changsoo və Sang Jun Park, üçüncü yeri isə Chris Williams, Mark Taylor, Brian Lawson və Graham Beattie tutublar.

Turnirin tərəfdaşları sırasında "Dreamland Golf Club", Azərbaycan Qolf Federasiyası, "Khazar Fabrication", "Shura Links", "Paragraph, Zala Springs Golf Resort", Dreamland Golf Hotel", "IMG", "Kaşıbeyaz Baku", "Bazarstore", "The National Azerbaijan Golf Club" və "Dream Body Athletic Club & Spa" yer alıb.

İldən-ilə əhatə dairəsini genişləndirən "Azerbaijan Open" turniri həvəskar qolfçuların beynəlxalq turnir təcrübəsi qazanmasına, Azərbaycanda qolfun təbliğinə, bu idman növünə marağın artırılmasına və ölkənin beynəlxalq qolf məkanı kimi tanıdılmasına mühüm töhfə verir.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
PAŞA Real Estate Qrup və Marriott International Azərbaycan və Gürcüstan üzrə çoxsaylı əmlak müqaviləsi imzaladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər