Bayraq Muzeyinin nadir eksponatları: Dövlət və döyüş bayraqlarındakı təsvirlərin mənası nədir? - Naxçıvandan REPORTAJ
Paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgələrində yaradılan bayraq meydanları xalqın dövlət atributlarına ehtiramının göstəricisidir.
"Report"un yerli bürosunun məlumatına görə, Naxçıvan şəhərindəki Bayraq Meydanında yaradılmış unikal quruluşa malik Bayraq Muzeyi 2014-cü il noyabrın 17-də istifadəyə verilib.
Meydanda quraşdırılmış 57 metrlik dirəkdə dalğalanan Azərbaycan bayrağının uzunluğu 20, eni isə 10 metrdir. Bayraq dirəyinin ətrafında inşa edilmiş muzey səkkiz guşəlidir.
Muzeyin ekspozisiya zalında 1922-ci ildən 1981-ci ilə qədər Naxçıvanda istifadə edilmiş bayraqlar, həmçinin 1990-cı il noyabrın 17-də qəbul olunan üçrəngli dövlət bayrağı, o cümlədən, Naxçıvan xanlığının dövlət və döyüş bayrağı, XIX əsrə aid olan Kəngərli süvari dəstələrinə verilən döyüş bayraqları sərgilənir. Muzeyin fondunda mühafizə olunan 180-dən çox eksponatdan 152-si ziyarətçilərə nümayiş etdirilir.
Muzeyin dəyərli eksponatları arasında Naxçıvan xanlığının 1747-1828-ci illərə aid dövlət və döyüş bayraqları da var. Dövlət bayrağının üst hissəsində Qurani-Kərimin “Səff” surəsinin 13-cü ayəsi qeyd olunub. Bayrağın üzərində əks olunan qılıncın üst hissəsində "Əlidən başqa döyüşçü yoxdur", alt hissəsində isə "Zülfüqardan başqa qılınc yoxdur" sözləri əks olunub.
Muzeydə Naxçıvanda üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul olunması ilə bağlı verilən qərarın, eləcə də Atabəylər dövlətinin bayrağının fotosurəti və digər eksponatlar da nümayiş olunur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb - YENİLƏNİB
Dövlət Bayrağı Meydanında yenilənmiş Bayraq Muzeyinin açılışı olub
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
İlham Əliyev Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













