Şəkidə kanat faciəsi ilə bağlı DİQQƏTÇƏKƏN MƏQAM: Nazirlikdən iki nəfərin öldüyü hadisə ilə bağlı AÇIQLAMA
"Şəkidə istirahət mərkəzində hadisənin baş verdiyi ərazidə quraşdırılmış "zipline" iki stasionar dirək arasında bağlanılmış burazın üzərində quraşdırılmış, heç bir təhlükəsizlik cihazı və ya sığortalayıcı trosu olmayan diyircəklər üzərində öz ağırlığı, sərbəstdüşmə təcili və ətalət sürəti ilə hərəkət edən əyləncə qurğusudur".
Far.Az xəbər verir ki, bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
Bildirilib ki, bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil:
"Qeyd olunan qurğu mexanikləşdirilmiş, yəni elektrik mühərriki və ya ötürücü bucurqad vasitəsilə hərəkət etdirilən qurğu olmadığından təhlükə potensiallı obyektlərin siyahısına daxil deyildir və bu səbəbdən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nəzarət sahəsinə aid deyil", - deyə məlumatda bildirilib.
*** 16:00
"Şəki yaylası"nda faciəli şəkildə həlak olan Coşqun Məmmədov və Ucal Bayramov əvvəlcədən sığortaya qol çəkiblər.
Far.Az xəbər verir ki, bu barədə AzTV-nin reportajında qeyd edilib.
Bildirilib ki, Coşqun Məmmədov və Ucal Bayramov kanat yolundan istifadə edərkən tros qırılmayıb, kanat tipli qurğunun asılqanlı diyircəyi trosdan çıxıb.
Əyləncə məqsədilə istifadə olunan adrenalin avadanlığının icbari sığortası olduğu, təhlükəsizlik yoxlamasından keçdiyi qeyd edilib.
Sübut əhəmiyyəti olan bütün sənədlər Şəki Rayon Prokurorluğuna təhvil verilib.
Ətraflı AzTV-nin süjetində:
Oxşar xəbərlər
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir
-
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
-
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
-
Sədr müavini: Dini Komitə xaricdəki azərbaycanlıların dini-mənəvi ehtiyaclarına dəstəyi gücləndirib
-
Rubio Moskva və Kiyevdəki danışıqları məzmunlu adlandırıb













