Rusiya ilə Türkiyə XİN-ləri Cənubi Qafqaz və Ukraynadakı vəziyyəti müzakirə ediblər
Türkiyə və Rusiyanın Xarici İşlər nazirlikləri (XİN) Cənubi Qafqazdakı vəziyyəti, Mərkəzi Asiyada qarşılıqlı fəaliyyətin inkişafını və Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər.
"Report" Rusiya XİN-ə istinadən xəbər verir ki, məsləhətləşmələrdə Türkiyə tərəfindən Şərqi Avropa və Cənubi Qafqaz üzrə Baş idarənin rəisi, səfir Mehmet Samsar, Rusiya tərəfindən isə xarici işlər nazirinin müavini Mixail Qaluzin iştirak ediblər.
"Mərkəzi Asiya və Cənubi Qafqazda kənar təşəbbüslərin yolverilməz olduğu vurğulanıb. Bu kontekstdə tərəflər regional məsuliyyət prinsipi əsasında sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi üçün perspektivli mexanizm kimi "3+3" Regional Əməkdaşlıq Platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan üstəgəl Rusiya, İran, Türkiyə) ritmik işinin davam etdirilməsində maraqlı olduqlarını vurğulayıblar", - bildirilib.
Oxşar xəbərlər
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir
-
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
-
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
-
Sədr müavini: Dini Komitə xaricdəki azərbaycanlıların dini-mənəvi ehtiyaclarına dəstəyi gücləndirib
-
Rubio Moskva və Kiyevdəki danışıqları məzmunlu adlandırıb













