Azərbaycan ilə Dünya Bankı arasında strateji tərəfdaşlıq müzakirə olunub
Sentyabrın 9-da Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays və bankın Azərbaycan üzrə yeni ölkə meneceri Saşa Bakesin təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "Report"a Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli və strateji tərəfdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, birgə həyata keçirilən layihələr, dövlət maliyyəsinin idarə edilməsi sahəsində aparılan islahatlar, eləcə də əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Sahil Babayev Dünya Bankının Azərbaycanın inkişaf prioritetlərinə və islahat gündəliyinə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirərək uzunmüddətli tərəfdaşlığın ölkənin sosial-iqtisadi inkişafına, institusional potensialının gücləndirilməsinə və müxtəlif sahələrdə aparılan islahatların dəstəklənməsinə mühüm töhfə verdiyini bildirib.
Qeyd olunub ki, Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlıq infrastruktur, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, məşğulluq və institusional islahatlar daxil olmaqla, geniş istiqamətləri əhatə edir. Belə ki, Azərbaycanın Dünya Bankına üzv olduğu dövrdən etibarən tərəfdaşlıq çərçivəsində 53 layihə üzrə ümumilikdə təxminən 4,9 milyard ABŞ dolları həcmində maliyyə vəsaiti ayrılıb .
Eyni zamanda, Azərbaycanın beynəlxalq inkişaf gündəliyində artan roluna diqqət çəkən maliyyə naziri ölkənin yuxarı orta gəlirli ölkə statusu əldə etdikdən sonra donor kimi beynəlxalq inkişaf təşəbbüslərinə dəstəyini artırdığını bildirib.
Öz növbəsində, R. Prays Azərbaycan ilə Dünya Bankı arasında formalaşmış uzunmüddətli əməkdaşlığın əhəmiyyətini qeyd edərək ölkənin son dövrlərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətləri və həyata keçirdiyi islahatları yüksək qiymətləndirib. O, Dünya Bankının Azərbaycanın inkişaf və islahat gündəliyinə dəstəyini davam etdirməyə, həmçinin qarşılıqlı əməkdaşlığı yeni istiqamətlər üzrə genişləndirməyə hazır olduğunu bildirib.
Sahil Babayev Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə təyin olunması münasibətilə Saşa Bakesi təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir yeni ölkə menecerinin Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonda tərəflər qarşılıqlı maraq doğuran iqtisadi və maliyyə məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
-
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
-
Zərdabda dəhşətli yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
ABŞ Nəqliyyat Nazirliyi "Ford"dan Çinlə əməkdaşlığı dayandırmağı tələb edib
-
Antalya, Mersin və Adanadakı meşə yanğınları ilə mübarizə davam edir













