Avstraliyada Ev Təsərrüfatlarının Enerji Yenilənməsi Fondu fəaliyyət göstərir
Far.Az xəbər saytı

Avstraliyada Ev Təsərrüfatlarının Enerji Yenilənməsi Fondu fəaliyyət göstərir


Avstraliyada evlərin enerji yenilənməsi üçün 1 milyard dollarlıq fond fəaliyyət göstərir.

"Far.Az" xəbər verir ki, bunu Avstraliyanın İqlim Dəyişikliyi, Energetika, Ətraf Mühit və Su Departamentinin Yaşıl Sənayeləşmə və İqlim Təşəbbüsləri şöbəsinin direktoru Sebastien Salter "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın 4-cü günündə bildirib.

Onun sözlərinə görə, maliyyə sistemləri binaların yenilənməsi üçün kreditlərin verilməsində bankları dəstəkləmək məqsədilə də istifadə olunur: "Beləliklə, maliyyənin cəlb edilməsinə imkan yaratmaq üçün bu standartların mövcud olması mühümdür. Bu alətlər dayanıqlı maliyyə taksonomiyamızın meyarlarına uyğun olaraq yaşıl tikinti kreditlərini açıq şəkildə dəstəkləyir. Biz həmçinin milli səviyyədə 1 milyard dollarlıq Ev Təsərrüfatlarının Enerji Yenilənməsi Fondu təsis etmişik. Bu fond hökumətimizin dəstəklədiyi yaşıl bankımız - Təmiz Enerji Maliyyə Korporasiyası vasitəsilə 1 milyard dollar dəyərində dövlət zəmanətli güzəştli maliyyələşdirməni təmin edir".

"Enerji reytinqləri və məlumatların açıqlanması Avstraliyada enerji intensivliyinin azaldılmasını izləmək və stimullaşdırmaq baxımından çox uğurlu olub. Gözləyirik ki, bu alətlərin daha da genişləndirilməsi tullantıların daha da azaldılmasına təkan verəcək. Avstraliyada faktiki olaraq görmüşük ki, insanlar daha yaxşı məlumata malik olduqda, daha yüksək enerji səmərəliliyi təkmilləşdirmələrinə maraq kifayət qədər böyük olur. Maliyyə tərəfi mürəkkəbdir və bu, yalnız hansı maliyyə xidmətlərinin təklif olunmasından deyil, həm də istehlakçıların bundan nə dərəcədə yararlanmasından asılıdır. Biz Avstraliyada subsidiyaların, sıfır faizli kreditlərin və digər imkanların təklif edildiyini görmüşük. Lakin bunun miqyasını necə artırmaqla bağlı çətinliklər də var. Avstraliyada ştat və ərazi səviyyəsində müxtəlif məsələlər nəzərdən keçirilir - maliyyənin daha effektiv tətbiqinə kömək etmək üçün əmlakla bağlı maliyyələşdirmə kimi üsullar da bunlara daxildir. Lakin uzun dövr ərzində damüstü günəş panellərinin tətbiqi ilə bağlı kifayət qədər müsbət təcrübəmiz var və bunun elektrifikasiyaya çevrildiyini görmüşük. İndi isə bunu evlərin izolyasiyasında da görürük", - deyə qonaq əlavə edib.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər