Büdcədənkənar vəsaitlər hesabına vəzifə maaşına əlavə və mükafatların yuxarı hədləri müəyyənləşib
Prezident İlham Əliyev dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və büdcədən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında fərman imzalayıb.
"Far.Az" xəbər verir ki, fərmana əsasən, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsindən, yalnız həmin təşkilatların "Dövlət qulluğu haqqında" qanuna uyğun olaraq inzibati və yardımçı vəzifə tutmayan işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün istifadə olunacaq.
Dövlət büdcəsindən maliyyələşən təşkilatların (adı çəkilənlər istisna olmaqla) büdcədənkənar vəsaitlərinin qalan hissəsi dövlət büdcəsinə köçürüləcək.
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri aşağıdakılardır:
- vəzifə maaşına əlavələr – təqvim ayı ərzində hər bir işçiyə münasibətdə onun aylıq vəzifə maaşının 1 mislinə qədər;
- mükafat və digər ödənişlər – təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 %-nə qədər.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: Düşünürəm ki, İranla müharibə seçkilərdən dərhal sonra başa çatacaq
-
Makron Paşinyanla "Şimal-Cənub" marşrutu çərçivəsində əməkdaşlığı müzakirə edib
-
Azərbaycanla Dünya Bankı arasında strateji tərəfdaşlıq müzakirə olunub
-
Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib
-
Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR
-
Alimlər 2 min dərəcədən yüksək temperaturda yeni buz növü kəşf ediblər













