Azərbaycanın sabiq baş konsulu külli miqdarda qızıl qaçaqmalçılığında ittiham olunur
Far.Az xəbər saytı

Azərbaycanın sabiq baş konsulu külli miqdarda qızıl qaçaqmalçılığında ittiham olunur


Azərbaycanın Sankt-Peterburqdakı sabiq Sultan Qasımov baş konsulu qaçaqmalçılığında ittiham olunur.

Far.Az APA-ya istinadla xəbər verir ki, cinayət işi prokurorluqda araşdırılıb. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb. Cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.

Yaxın zamanlarda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Sultan Məhəmməd oğlu Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk baş konsulu təyin olunub. 2016-cı ildə baş konsul vəzifəsindən geri çağırılıb.

2016-cı il mayın 3-də Sankt-Peterburq şəhərində Azərbaycanın baş konsulu vəzifəsinə təyin edilib. 2024-cü il oktyabrın 21-də bu vəzifədən geri çağırılıb.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov Göyçayda dəfn olunub
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər