Azərbaycanın tikinti şirkətinin yığılmış zərəri 10 milyon manata çatıb
Azərbaycanda tikinti fəaliyyəti ilə məşğul olan "Diadem" ASC 2025-ci ili 6,47 milyon manat xalis zərərlə başa vurub.
"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 17,55 % çoxdur.
Son nəticədə şirkətin yığılmış zərəri 2,85 dəfə artaraq 9,979 milyon manata çatıb.
Ötən il "Diadem"in vergiyəqədərki zərəri 8,087 milyon manat (əvvəlki ilə nisbətən 17,55 % çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 1,617 milyon manat (17,55 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Diadem"in aktivləri 115,944 milyon manat olub ki, bu da illik müqayisədə 1,35 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 7 % artaraq 122,822 milyon manata, balans kapitalının çatışmazlığı isə 16,8 dəfə artaraq 6,878 milyon manata çatıb.
Xatırladaq ki, "Diadem" 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 3,101 milyon manatdır. Şirkətin səhmdarları 75 % payla Elbrus Nəbiyev və 25 % payla Kəmalə Dostumaliyevadır.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün brifinq keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.07.2026)
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi













