Şükürbəyliyə köçürülən ailələrə evlərin açarları təqdim olunub
Bu gün növbəti köç karvanı ilə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib.
Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
***07:38
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Cəbrayıl rayonun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Şükürbəyli kəndinə 25 ailə - 154 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Şükürbəyli kəndində daha 46 ailəyə evlərinin açarları təqdim olunub
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Növbəti köç karvanları Zəngilan şəhərinə, Şükürbəyli kəndinə çatıb, açarlar təqdim edilib
Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb, açarlar təqdim edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" İngiltərədə "Mançester Yunayted"ə böyük hesabla məğlub olub
-
Dambrauskas: "Mançester Yunayted" uşaqlıqdan dəstəklədiyim klubdur, bu məğlubiyyət böyük təcrübədir"
-
Braziliyada kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
-
UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"ə böyük hesabla məğlub olub - YENİLƏNİB-7
-
Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq
-
Ölüm qapılarını döymədən dəqiqələr əvvəl - Şəkidə çəkilən son görüntülər













