Aziz Yıldırım: İsmail Kartal vəzifəsinin başındadır
Far.Az xəbər saytı

Aziz Yıldırım: İsmail Kartal vəzifəsinin başındadır


"Fənərbağça"da baş məşqçi İsmail Kartalın gələcəyi ilə bağlı yaranan qeyri-müəyyənliyə aydınlıq gəlib.

Far.Az xəbər verir ki, klubun prezidenti Aziz Yıldırım İsmail Kartalın fəaliyyətini davam etdirəcəyini bildirib.

Yıldırım qeyd edib ki, baş məşqçinin istefa qərarından klub rəhbərliyinin xəbəri olmayıb.

Onun sözlərinə görə, son dövrlərdə komandanın fəaliyyəti ilə bağlı müxtəlif şəxslər tərəfindən əsassız qərarlar verilir.

Klub prezidenti İsmail Kartalın hazırda işinin başında olduğunu xüsusi vurğulayıb. O, baş məşqçinin son oyundan sonra üzləşdiyi hadisənin də onun məyusluğuna səbəb olduğunu bildirib. Yıldırımın sözlərinə görə, qarşılaşmadan sonra Kartalın üzərinə su şüşəsi atılıb.

Qeyd edək ki, bir müddət əvvəl İsmail Kartal istefa verdiyini açıqlamışdı. Buna baxmayaraq, klub rəhbərliyi onun vəzifəsində qalacağını bəyan edib.

Oxşar xəbərlər

Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Milli dəyərlər və gənclərin gələcəyi mövzusunda tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər