Hikmət Hacıyev: Azərbaycan regionda davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirəcək
Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və yerlərdə gələcək sülhün möhkəmləndirilməsi üçün əlavə səylər göstərməyə davam edəcək.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, üç il əvvəl Qarabağ münaqişəsinin sonuncu fəsli bağlanıb, bundan sonra Azərbaycan və Ermənistan yeni sülh dövrünə qədəm qoyub.
Hacıyev qeyd edib ki, bu ilin avqust ayında Azərbaycan və Ermənistan arasında sülh sazişinin və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin paraflanmasının birinci ildönümü qeyd olunub.
"Azərbaycan üçün münaqişə başa çatıb. Biz sülh şəraitində yaşamağı öyrənirik və bu istiqamətdə irəliləyirik", - prezidentin köməkçisi vurğulayıb.
Hacıyev həmçinin qeyd edib ki, sülh təkcə qarşıdurmanın olmaması deyil, həm də etimadın möhkəmləndirilməsi, bərpa və quruculuq demək olmalıdır.
O bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin son görüşü konstruktiv ab-havada keçib. Tərəflər sülh gündəliyinin irəli aparılması, etimadın möhkəmləndirilməsi, eləcə də iki ölkə arasında ticarət əlaqələrinin və nəqliyyat bağlantısının inkişafı üçün ikitərəfli qarşılıqlı fəaliyyəti davam etdirməklə bağlı razılığa gəliblər, - Hacıyev deyib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
-
Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb
-
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb













