Xüsusi nümayəndə: Xankəndidə artıq 28 min nəfər yaşayır
Far.Az xəbər saytı

Xüsusi nümayəndə: Xankəndidə artıq 28 min nəfər yaşayır


Bu gün Xankəndində artıq 28 min nəfər yaşayır və işləyir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusun nümayəndələrinə Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzinə səfərləri zamanı danışıb.

O qeyd edib ki, keçmiş məcburi köçkünlərin Xankəndiyə qayıdış prosesi fəal şəkildə davam edir.

"Hazırda Xankəndidəki Qarabağ Universitetində 3 mindən çox tələbə təhsil alır. Bu, ümumi əhalinin 10%-dən çoxunu təşkil edir", - Yusubov bildirib.

Onun sözlərinə görə, şəhərdə yeni yaşayış binaları və parklar tikilir, müasir tələblərə cavab verən yollar çəkilir: "Eyni zamanda, şəhərin görünüşünə və müasir şəhərsalma standartlarına uyğun olmayan tikililərin sökülməsi prosesi sürətlənib. Bununla yanaşı, yeni tələblərə cavab verən müasir binaların tikintisi üzrə layihələndirmə işlərinə başlanılıb".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb
Xankəndidə Zəfər atəşfəşanlığı
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndində III MDB Oyunları zamanı polis əməkdaşları fasiləsiz xidməti davam etdirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər