Elnarə Akimova: Təhsil kreditlərinin sosial meyarları müəyyən edilərkən ailənin real gəliri nəzərə alınmalıdır
Valideynin işləməsi heç də həmişə ailənin maddi imkanlı olması demək deyil. Təhsil krediti dəyərləndirilərkən bunu nəzərə almaq lazımdır.
"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnarə Akimova parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında deyib.
Onun fikrincə, reallığa baxdıqda hər iki valideyni işləyən, lakin gəliri ailənin zəruri ehtiyaclarını qarşılamağa kifayət etməyən ailələr var:
"Kirayəhaqqı, kommunal xərclər, ərzaq, müalicə, digər gündəlik ödənişlər və bəzən eyni ailədə bir neçə övladın təhsil alması ailənin büdcəsinə ciddi yük yaradır. Belə bir vəziyyətdə valideynlərin işləməsi həmin ailənin təhsilhaqqını rahatlıqla ödəyə bilməsi anlamına gəlmir. Əksinə, bəzən ailə övladının təhsilini davam etdirməsi üçün bütün imkanlarını səfərbər etməli olur. Ona görə də hesab edirəm ki, təhsil kreditlərinin sosial meyarları müəyyən edilərkən yalnız valideynlərin işləyib-işləməməsi deyil, ailənin real gəliri və sosial yükü də nəzərə alınmalıdır".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" İngiltərədə "Mançester Yunayted"ə böyük hesabla məğlub olub
-
Dambrauskas: "Mançester Yunayted" uşaqlıqdan dəstəklədiyim klubdur, bu məğlubiyyət böyük təcrübədir"
-
UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"ə böyük hesabla məğlub olub - YENİLƏNİB-7
-
Braziliyada kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
-
Ölüm qapılarını döymədən dəqiqələr əvvəl - Şəkidə çəkilən son görüntülər
-
Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq













