Sloveniyada ölü qarğalarda Qərbi Nil virusu aşkarlanıb
Far.Az xəbər saytı

Sloveniyada ölü qarğalarda Qərbi Nil virusu aşkarlanıb


Sloveniyada paytaxt Lyublyana və Qrosuplye şəhərlərində ölü qarğalar üzərində aparılan araşdırmalar zamanı Qərbi Nil virusu aşkarlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Qida və Baytarlıq Təhlükəsizliyi İdarəsi məlumat yayıb.

Məlumata görə, Sloveniyada quşlarda virusa sonuncu dəfə 2024-cü ildə rast gəlinib. Bu il isə ölkədə insanlarda Qərbi Nil virusuna yoluxma halı qeydə alınmayıb.

Mütəxəssislər qarğalar da daxil olmaqla quşların virusun təbii rezervuarı olduğunu bildiriblər. Virus əsasən "Culex" cinsindən olan ağcaqanadların dişləməsi ilə insanlara keçir.

Qərbi Nil virusuna qarşı hazırda peyvənd mövcud deyil. İnkubasiya dövrü adətən 2-14 gün davam edir, immun sistemi zəif şəxslərdə isə 21 günə qədər uzana bilər.

Yoluxanların təxminən 80 faizində heç bir əlamət müşahidə olunmur. Digər hallarda isə qızdırma, halsızlıq, ürəkbulanma, qusma, baş və əzələ ağrıları yarana bilər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Qərbi Nil virusu nədir? - Zibilxanalarda çoxalır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər