Səfir: Şuşaya vurulmuşam
Bu, Şuşaya ilk səfərim deyil. Mən artıq 10 dəfədən çox Şuşa şəhərində olmuşam. Demək olar ki, Şuşaya vurulmuşam.
BAKU.WS xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon deyib.
O bildirib ki, şəhərin memarlığı, yeni binalar, abadlaşdırılmış infrastruktur və aparılan bərpa işləri onda böyük təəssürat yaradıb.
"Bu gün hətta həyat yoldaşımla burada daha çox qalmaq və Şuşada olmağımızdan daha çox zövq almaq üçün nə edə biləcəyimizi planlaşdırdıq. Hava möhtəşəmdir, memarlıq və yeni binalar bizi çox heyran etdi", - deyə diplomat bildirib.
O, həmçinin şəhərdə aparılan bərpa işlərinin əhəmiyyətini qeyd edib və Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ regionunun inkişafındakı xidmətlərini vurğulayıb.
"Bu, Prezident İlham Əliyevin böyük xidmətidir. O, bu regionun inkişafına böyük diqqət ayırıb. Hər səfərim zamanı yeni dəyişikliklərin şahidi oluram", - deyə İ.Abdurahmon vurğulayıb.
Səfir, həmçinin ümidvar olduğunu bildirib ki, Qarabağ sakinləri onlar üçün yaradılmış şəraitdən istifadə edəcək və bərpa edilmiş şəhərlərdə məmnuniyyətlə yaşayacaqlar.
"Bu gün Şuşada tikilməkdə olan yeni məscidi də gördük. Biz onun açılışında məmnuniyyətlə iştirak edəcəyik. Düşünürəm ki, hər bir vətəndaş bundan böyük zövq alacaq. Çünki burada təkcə infrastruktur deyil, hər şey yaradılıb. Ona görə də yalnız sevinmək, dövlətə təşəkkür etmək və həyatdan zövq almaq lazımdır", - deyə diplomat əlavə edib.
Oxşar xəbərlər
Leyla Əliyevanın iştirakı ilə Yevlaxda abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
-
Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb
-
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb













