Zelenski G20 sammitində Putinlə görüşməyə hazırdır
Ukrayna Prezidenti Volodimir Zelenski dekabr ayında ABŞ-nin Mayami şəhərində keçiriləcək G20 sammitində Rusiya lideri Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Almaniyanın "Deutsche Welle" nəşrinə istinadən xəbər verir ki, bu barədə Zelenski özü jurnalistlərə müsahibəsində deyib.
"Bəli, əlbəttə. Biz getməliyik. Biz görüşməli, danışmalı və qərarlar qəbul etməliyik", - deyə Zelenski qeyd edib.
Ukrayna liderinin sözlərinə görə, onun Rusiya prezidentinə məhz nə deyəcəyi o qədər də önəmli olmayacaq. O vurğulayıb: "Yalnız nəticə əhəmiyyət kəsb edəcək".
Qeyd edək ki, G20 sammiti 14-15 dekabrda ABŞ Prezidenti Donald Trampın sədrliyi altında "Trump National Doral Miami" qolf klubunda təşkil olunacaq. Rusiya tədbirə dəvət alıb və iştirak formatı üzərində işləyir. Cənubi Afrika Respublikası Vaşinqtonla diplomatik ixtilaflar səbəbindən dəvət edilməyib, qonaqlar arasında isə Qazaxıstan və Özbəkistan liderləri də var. Sammitin rəsmi saytındakı məlumata əsasən, G20-yə daxil olmayan, lakin tədbirə dəvət edilən ölkələr arasında Ukraynanın adı hələlik yoxdur.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
Düşənbədə İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü keçirilir
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













