Brüssel səmasında PUA-lar qeydə alınıb
Far.Az xəbər saytı

Brüssel səmasında PUA-lar qeydə alınıb


Brüsselin beynəlxalq hava limanının yaxınlığında, Zaventemdə iki gün ardıcıl olaraq pilotsuz uçuş aparatlarının (PUA) uçuşu müşahidə edilib.

"Far.Az"un "Belga"ya istinadən verdiyi məlumata görə, bu barədə Belçikanın hava hərəkətinin idarə edilməsi operatoru "Skeyes" məlumat yayıb.

Sentyabrın 12-də hava limanının fəaliyyəti pozulmayıb. Belə ki, hava hərəkəti dispetçeri dronu həm vizual olaraq, həm də rəqəmsal izləmə sistemləri vasitəsilə aşkar edib.

Qeyd olunub ki, sentyabrın 11-də axşam saatlarında dron barədə məlumat daxil olduqdan sonra hava limanında təyyarələrin enişi 25 dəqiqə müddətinə dayandırılıb, üç hava gəmisi isə digər hava limanlarına yönləndirilib.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Bakıda avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər