Naxçıvanda 8 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 31 minə yaxın şəxs qəbul edilib
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında (MR) fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərində 30 749 şəxs qəbul edilib.
Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Far.Az"un yerli bürosuna verilən məlumata görə, hesabat dövründə vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələrin qəbulu, cari vergi ödənişləri və digər məsələlər üzrə ümumilikdə 45 098 xidmət göstərilib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % çoxdur.
Bildirilib ki, göstərilən xidmətlərin 82 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzlərin verilməsi;
- "ASAN İmza" sertifikatının verilməsi;
- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
- Vergi ödəyicisinə arayışların verilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin bərpası;
- Fiziki şəxsin uçotdan çıxarılması;
- Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.
Yanvar-may aylarında vergi ödəyicilərinə məlumatlandırma xarakterli 844 490 bildiriş (məktub) göndərilib, 81 görüş keçirilib, 464 ünvanlı xidmət göstərilib.
Həmçinin qeyd olunan dövrdə 3 111 müraciət üzrə 5 310 "Asan İmza" sertifikatı verilib.
Oxşar xəbərlər
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Naxçıvanda 9 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 32 minə yaxın şəxs qəbul edilib
Naxçıvanda vergi ödəyicilərinə göstərilən xidmətlərin sayı 6 %-ə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransa insan hüquqlarının müdafiəsi sahəsindəki tənqidə görə ABŞ-dən üzr istəyib
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb
-
Böyük Britaniya və Aİ sammiti yenidən təxirə salınıb
-
CENTCOM rəhbəri: Biz yaxşı silahlanmışıq və istənilən vəziyyətə hazırıq
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürür
-
Fars körfəzi ölkələrinin XİN başçılarının Oman görüşü təxirə salınıb













